ZÜLM UNUDULMAZ
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

ZÜLM UNUDULMAZ

24 Nisan 2024 - 15:20



İnsan sosial, yəni öz dilimizdə desak, ictimai varlıqdır, hər gün, bəlkə hər saat, hər an kiminləsə, nə iləsə münasibətdə olur. Munasibətdə olmağın ən mühüm şərti isə adil olmaqdır, insanlarla münasibətdə və hətta bizi əhatə edən aləmlə münasibətdə adil olmaq, ədalətlə davranmaqdır.
Əziz oxucularım, istəyirəm burada özümü kənara çəkim, əxlaq tariximizə müraciət edim. Çünki nə ediriksə edək, keçmişə dönüb baxmamız, gələcəyi düşünməmiz lazım gəlir.
Elə isə sözü uzatmayaq, mətləbə keçək.

Harun ər-Rəşidin oğlu Məmun hələ kiçik yaşda olanda müəllimi onu əlindəki ağacla vurmuşdu. Məmun müəlliminin bu hərəkətindən çox təəccübləndi.
- Məni niyə vurdunuz?-deyə soruşdu.
Müəllimi izah etmək əvəzinə ona “Sus!” deməklə kifayətləndi. Bir az sonra Məmun yenə soruşdu:
- Müəllim, səbəbsiz yerə məni niyə vurdunuz?
Müəllimi yenə “Sus!”-dedi, başqa söz demədi.
Aylar keçdi, illər keçdi, iyirmi il sonra Məmun xəlifə oldu. Yenə müəllimini çağırıb soruşdu:
- De görüm, heç bir səbəb olmadan iyirmi il əvvəl məni niyə vurmuşdun?
Bu dəfə müəllimi təbəssüm edib suala sualla cavab verdi:
- O hadisəni hələ də unutmamısan?
Xəlifə Məmun ciddi idi:
- Xeyir, vallah, hələ də unutmamışam,-deyə cavab verdi.
Müəllimi tarixə keçmiş bu ibrətamiz sözləri dedi:
- Zülmə məruz qalanların əsla unutmayacağını və heç kəsə zülm etməyəsən, deyə vurdum. Aman günüdür, heç kəsə zülm etmə, çünki zülm illər keçsə belə, qəlbdə sönməyən bir atəşdir.
-

Bu yazı 62 defa okunmuştur .

YORUMLAR

  • 0 Yorum