GƏTİRİN O DƏLİLİK SUYUNDAN BİZ DƏ İÇƏK (Rəvayət)
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

GƏTİRİN O DƏLİLİK SUYUNDAN BİZ DƏ İÇƏK (Rəvayət)

30 Mart 2024 - 11:15



Qədim zamanlarda bir padşah varmış. Bir gün padşahın münəccimi (astrloqu) gəlib dəhşətli bir bəlanın yaxınlaşdığını xəbər verir:
- Padşahım, ölkənin üstünə buludlar gəlir. Bu buludlardan yağacaq yağışın suyu çox təhlükəlidir. O yağışın suyundan içən dəli olacaqdır...
Padşah nə etsin? Dərhal vəzir, vəkil, saray əyanları, kim varsa, hamısını müşavirəyə çağırır. Hərə bir məsləhət verir, amma bu məsləhətlər gələn bəlanın qarşısını almaq üçün kafi olmur. Baş vəzir bir çıxış yolu deyir:
- Padşahım, gəlin, o buludlar gələnədək sarayın anbarlarını su ilə dolduraq. Yağış suyu çəkilib gedənədək o suyu işlədək. 
Baş vəzirin məsləhəti qəbul edilir. Sarayda nə qədər qab var, ahmısını su ilə doldururlar.
Bir gün sonra yağış başlayır. Münəccimin dediyi kimi olur, şəhərdə kim yağışın suyundan bir qurtum içirsə, dəli olur. Bütün əhali dəli olub çöllərə düşür.
Saray əhalisi sevinir, amma bir müddət sonra çətin vəziyyətə düşürlər. Saraydan kənara addım atan hər kəs əhali tərəfindən gülüş, təhqir obyektinə çevrilir. Onları görənlər “Dəliyə bax!” deyib onların arxasınca düşür. Saray əyanları çarəsiz geri qayıdır, saraya sığınırlar.
Günlər keçdikcə vəziyyət daha da gərginləşməyə başlayır. Saray əyanları bu dəfə daha çətin vəziyətdə qalırlar. Saraydan bayıra necə çıxacaqlarını düşünür, müzakirə edirlər. Günlər keçir, amma heç kəs bu dərdə çarə edə bilmir. Ən axırda padşah baş vəzirə müraciət edir:
- Vəzir, sarayda, yaxud ölkədə bir yerdə yağış suyundan varmı?
Baş vəzir mat-mat padşaha baxır.
- Padşahım, bilmirəm, ancaq məncə tapa bilərik. Niyə soruşursunuz ki?
Padşah cavab verir:
- O sudan gətirin, biz də içək, dəli olaq. Dəlilər arasında ağıllı olmaq çıxış yolu deyildir.
Bu bir təmsildir, rəvayətdir, amma hər rəvayətin də bir ibrətamiz tərəfi var, ibrət alanlar üçün.

Bu yazı 239 defa okunmuştur .

YORUMLAR

  • 0 Yorum