"ÇUNKİ OLDUN DƏYİRMANÇI..."
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

"ÇUNKİ OLDUN DƏYİRMANÇI..."

16 Mart 2024 - 11:26

“Karadenizexpress” qəzeti redaksiya heyətini və onların simasında bütün əməkdaşlarını və oxucularını salamlayır, mənə öz səhifəsində yer ayırdığına görə səmimqəlbdən təşəkkür edirəm.
“Karadenizexpress”də yazmaq mənim üçün bir şərəf olmaqla yanaşı, bir əsr əvvəl movcud olmuş əməkdaşlağımızın yenidən dirilişi – ihyasi adına da çox dəyərlidir. Bir əsr əvvəl Osmanlı dovlətinin mətbuatında Hüseyin Cavid, Əli bəy Hüseynzadə, Cəlal Unsizadə (Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə), Məhəmməd Hadi və başqalarının məqalələri nəşr olunur, eyni zamanda da İstanbul başda olmaqla Osmanlı dovləti sərhədlərində dərc edilən qəzet və məcmuələr Bakıda, Tiflisdə, Gəncədə, Şamaxıda, Naxçıvanda, o cumlədən Azərbaycanda, Tiflisdə nəşr edilən qəzet və məcmuələr də Osmanlı cografiyasında maraqla oxunurdu. O illərdə nəinki Qafqazda, bu gün Orta Asiya dediyimiz Türküstanda, Krımda, Qazanda, Həştərxanda müsəlman dunyası Osmanlı türkcəsini bütün türk dünyasının ortaq dili kimi istifadə edirdilər.
Aramızda əsən küləklər, soyuq hava geridə qaldı. Ümummilli Liderimiz mərhum Heydər Əliyevin təməlini atdığı Azərbaycan-Türkiyə ictimai-iqtisadi-mədəni əlaqələri ölkə başçımız İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində hər gün daha da inkişaf edir. Azərbaycan dili bu əməkdaşlıq sayəsində yeni keyfiyyət qazanır. Bu gün Azərbaycan dilində Turkiyə turkcəsindən alınmış yüzlərlə yeni soz vardır və bu proses ugurla davam edir. Turksoy toplantıları, dünya azərbaycanlılarının qurultayları, bu kimi çox sayda fəaliyyətlər bu sahədə mühüm vasitələrdir.
Əziz oxucular! Mən adlarını yuxarıda çəkdiyim əcdadlarımız kimi fərasətə, bəlağətə, dərin baxışa sahib olmasam da dilimin döndüyü qədər bu ənənəni davam etdirmək arzusundayam. Bilirəm, Azərbaycan türkcəsində oxumaq, anlamaq sizlər üçün bir qədər çətin olacaq, amma nə etmək olar? İşə bir yerdən başlamaq lazımdır. Ortaq xalq qəhrəmanımız Koroğlunun təbirincə:

Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu.
 
Hörmətlə: Nazim Əkbərov, təqaüdçü pedaqoq-publisist.
 

Bu yazı 948 defa okunmuştur .